Bu ilin əvvəlindən bəri Türkiyənin ixracı rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ömər Bolat "TRT Haber"ə bildirib.

Onun sözlərinə görə, ötən ay xaricə 22,9 milyard dollar dəyərində məhsul satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur. Bununla da Türkiyənin ixracı rekord səviyyəyə çatıb.

İlin əvvəlindən bəri ixracın ümumi həcmi isə 254,4 milyard dollar təşkil edib. 

 

Gözəl Həşimova