Türkiyənin sentyabr ayında ixracı avqust ayı ilə müqayisədə 4,9% artaraq 22 milyard 670 milyon dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-sentyabr dövründə ölkənin ixracı 187 milyard 464 milyon dollar olub. Kimya maddələri və məhsulları sektoru keçən ay 2 milyard 846 milyon dollarlıq ixracatla ən çox ixrac edilən sektor olub.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 5,5 milyard dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyard dollar çoxdur. Bununla da Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərafdaşı olub.

 

Gözəl Həşimova