“Son aylar Çinin Rusiya bazarında mövqelərinin güclənməsi ilə əlaqədar Türkiyədən Rusiyaya ixrac azalır”. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyi rəhbərliyinin nümayəndəsi Başaran Bayrak bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu ölkəyə ixracı avqustda 11%, sentyabrda isə 25% azalıb: “Çinin Rusiya Federasiyasına ixracında demək olar ki, iki dəfə artım qeydə alınıb. Bu ölkə pandemiyadan daha güclü çıxdı və dünya ticarətinə daha aqressiv şəkildə qayıtmağa başladı. Çin hakimiyyəti sənaye və logistika şirkətlərini güclü şəkildə dəstəkləyir və bu da onunla rəqabəti qeyri-mümkün edir”.