Türkiyədə zəlzələdən ölənlərin sayı artıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Məlumata görə, zəlzələ nəticəsindən ölənlərin sayı 50 min 399-a çatıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.