Qaziantepin Şehitkamil rayonunda polis mikroavtobusunun avtomobillə toqquşması nəticəsində 5 polis əməkdaşı yaralanıb.


İqtisadiyyat.az xəbər verir ki, Marşal Fevzi Çakmak Bulvarında, sürücüləri hələlik məlum olmayan 27 SA 342 dövlət nömrə nişanlı avtomobil Yavuzeli rayonuna gedən 27 UB 258 nömrəli polis avtobusu ilə toqquşub.


Bölgəyə göndərilən tibb qrupları tərəfindən yaralılara ilkin tibbi yardım göstərilib, yaralılar isə şəhərdəki xəstəxanalara aparılıb.


Qəza səbəbindən magistral yolda nəqliyyatın hərəkəti nəzarət altına alınıb.