Türkiyədə bu ilin üçüncü rübündə işsizlik səviyyəsi ikinci rüblə müqayisədə 0,5 bal azalaraq 9,2% olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul-sentyabr ayları üçün işçi qüvvəsi statistikasını açıqlayıb.

Bu dövrdə Türkiyədə 15 yaşdan yuxarı olan işsizlərin sayı bu ilin üçüncü rübündə 161 min nəfər azalaraq 3 milyon 218 min nəfərə enib.

İşsizlik nisbəti kişilər üçün 14,2%, qadınlar üçün isə 22,4% olub.

 

Gözəl Həşimova