Türkiyədə kömür mədənində dəm qazından zəhərlənmə baş verib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Manisa şəhərində yerləşən mədənlərdən birində olub.  Zəhərlənmə nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin isə xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.