Türkiyədə iyun ayında illik inflyasiya 38,21%-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat açıqlayıb.

Məlumata görə, ölkədə aylıq inflyasiya 3,92%-ə yüksəlib. Eyni zamanda, bu ilin yanvar-iyun aylarını əhatə edən illik inflyasiya isə 19,77% təşkil edib.