Türkiyədə daha 6 əyalət zəlzələ bölgəsi elan edilib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Bingöl, Kayseri, Mardin, Tunceli, Niğde və Batmanda binaların dağıldığı yaşayış məntəqələri ümumi həyata təsir edən fəlakət əraziləri kimi qəbul edilib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində fevralın 6-da 7,7 və 7,8 bal gücündə iki güclü zəlzələ baş verib.