Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 50-yə çatıb.

İqtisadiyyat.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib. 

Mütəxəssislər yeraltı təkanların təkrarlana biləcəyini istisna etmirlər.

***

10:03

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində baş verən 5,9 bal gücündə zəlzələdə 46 nəfər xəsarət alıb.

İqtisadiyyat.az  xəbər verir ki, xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Yeraltı təkanlarda ölən olmadığını açıqlanıb.

Zəlzələ ilə əlaqədar Sakarya, Bolu və Düzcədə bu gün məktəblərdə dərs olmayacaq.