Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda səs verən ölkə vətəndaşlarının bülletenləri Türkiyəyə yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz tviter hesabında paylaşıb. 

Xatırladaq ki, Türkiyə vətəndaşları Azərbaycanda 5, 6 və 7 may tarixlərində səs verib. Bunun üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərib.

“TRT Haber”in məlumatına görə, Litva, İspaniya və Polşada da səs verən Türkiyə vətəndaşlarının bülletenləri diplomatik nümayəndələr vasitəsilə İstanbula göndərilib.