Ankarada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Suriya, Ukrayna və Cənubi Qafqazdakı vəziyyət daxil olmaqla, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunur.

Danışıqların yekunları ilə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.