Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsrailin xarici işlər naziri Eli Koen ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinin müqəddəsliyinə təhqir və statusuna qarşı son təxribatlarını, İsrailin Qəzza və Livana hava hücumlarını pislədiyini deyib.

Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini deyərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının lazım olduğunu vurğulayıb.