Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti yayıb.

Məlumata görə, prezidentlər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Görüş zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.