Türkiyə ötən ilin sonuna qədər Azərbaycana 460,9 milyon dollar sərmayə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyinin "Xarici İnvestisiya Araşdırması"nda qeyd olunub.

Hesabata dövründə Türkiyənin 2 min 33 birbaşa investisiyasının 32-si Azərbaycanın payına düşüb.

Məlumata görə, 2022-ci ilin sonuna qədər Türkiyə 128 ölkəyə 2 min 33 birbaşa investisiya yatırıb. Bu sərmayələrin ümumi dəyəri 50,8 milyard dollar təşkil edib. Bu dövrdə Türkiyə ən çox Avropa İttifaqı ölkələrinə sərmayə yatırıb. Belə ki, xarici ölkələrə qoyulan sərmayənin 750-si və ya 37,41%-i bu regionun payına düşüb.