İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Türk Hava Yolları” şirkətinin Azərbaycan üzrə direktoru Hamit Eldeleklioğlu ilə görüşərək onunla turizm sahəsində yerli KOB-ların rolunun artırılmasını müzakirə edib.

Bu barədə İqtisadiyyat.az-a KOBİA-dan bildirilib.

Məlumata görə, görüşdə Agentliyin keçirdiyi tədbirlərdə şirkətlə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.