ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Forbes” jurnalının 400 ən zəngin ABŞ sakini siyahısına daxil edilməyib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Bununla da Tramp son üç ildə ikinci dəfə “Forbes”in bu siyahısına düşə bilməyib.

Araşdırmalara görə, ötən illə müqayisədə "Ağ Ev"in keçmiş rəhbərinin sərvəti 600 milyon dollar azalıb. Ümumilikdə hazırda onun sərvəti 2,6 milyard dollar təşkil edir.

 

Gözəl Həşimova