Rəsmi sənədlərdə “toxunmaqla duyulan” ifadəsi “taktil” termini ilə əvəzlənir.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nda dəyişiklik edib.

Beləliklə, qərara əsasən, “toxunmaqla duyulan istiqamətverici işarələr” ifadəsi “taktil istiqamətverici işarələr” ifadəsi ilə əvəzlənib.