Tokioda istehlak qiymətləri indeksi (CPI) enerji xərcləri və zəif Yapon yeninin təsiri ilə noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb.

Dəyişən təzə ərzaq məhsulları istisna olmaqla, Yaponiyanın paytaxtı Tokioda inflyasiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatlarına görə 15 aydır ki, artmaqdadır.

İstehlak vergisi artımlarının təsirini nəzərə almasaq, bu nisbət Tokio bölgəsində 1982-ci ildən bəri ən yüksək inflyasiya artımı olaraq qeyd edildi.

2022-ci ilin noyabr ayı üçün açıqlanan məlumatlara görə, Tokioda ərzaq qiymətləri 6,7 faiz, enerji qiymətləri isə 24,4 faiz artıb.

İnflyasiyanın artmasının əsas səbəbləri enerji xərclərinin artması və valyuta məzənnələri qarşısında yapon yeninin böyük dəyər itirməsidir.