Qlobal ticarət sistemindəki parçalanmanın mümkün itkiləri 1,4 trilyon dollar səviyyəsində qiymətləndirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakçılara videomüraciətində xəbərdarlıq edib.

"Ticarətin parçalanması qlobal iqtisadiyyata zərbə vurur. Belə ki, dünya ticarət sistemi indiki formada bərabərsizliyin artmasına töhfə verir. Bazar məhdudiyyətləri və sərhədlərin bağlanması isə risklərin artmasına gətirib çıxarır" , - deyə o, bildirib.