Xarici ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsum bu gündən bir ton üçün 5,07 dollara qaldırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu, planlaşdırılmış tarif artımıdır.

Halbuki, bir il əvvəl tətbiq edilən rüsum 4,42 dollar olub. Müvafiq qərarı Türkiyənin Nəqliyyat Nazirliyi verib.

 

Gözəl Həşimova