Cənubi Koreya prezidenti Yoon Suk Yeolun impiçmentini tələb edən petisiya artıq bir milyondan çox imza toplayıb.

Bu barədə İqtisadiyyat.az "Yonhap"a istinadən xəbər evrir.

Məlumata görə, ölkənin parlamentinə ünvanlanan petisiyaya on gün ərzində bu qədər imzanın daxil olduğu qeyd edilir.

Müraciətə parlament komitəsində baxılması üçün bir ay ərzində 50 min nəfər imza atmalıdır. Daha sonra o, parlamentin plenar iclasında müzakirəyə çıxarıla bilər.

Cənubi Koreya prezidentinin fəaliyyətinə razılıq nisbəti 2022-ci ilin mayında, yəni vəzifəyə gəldiyindən bəri ən aşağı (21%) səviyyədədir.

 

Gözəl Həşimova