ABŞ hesab edir ki, Çin Avropa ölkələrinə təhlükə yaratmağa kömək edir. 

İqtisadiyyat.az xəbər verir ki, müvafiq bəyanatı ABŞ-nin dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı səsləndirib.

Blinken bir daha Amerika administrasiyasının Çinin Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyinə dair iddialarını təkrarlayıb. Eyni zamanda o, Çinin Rusiyanı silahla təmin etmədiyini qeyd edib. 

"Avropa üçün bu o deməkdir ki, Çin ən ciddi təhlükəsizlik təhdidlərindən birini dəstəkləməkdə rol oynayır", - Blinken bildirib.