Təbrizdə qızlar məktəbində 20 şagird zəhərlənib.

İqtisadiyyat.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri məsələ ilə bağlı mətbuata məlumat verib.

Bildirilib ki, 20 şagird nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparılıb. Onların vəziyyəti yaxşıdır.