İqtisadiyyat.az Bakıda yerləşən teatrların bu günə olan afişasını təqdim edir.

Bu gün Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində gənc dirijor Murtuza Bülbülün dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Proqramda Bethovenin "Eqmont" uvertürası, Qriqin "Per Günt" No. 1 süitası, Listin “Prelüdlər” simfonik poeması, Musorqskinin “Keçəl dağda gecə” simfonik tablosu, Çaykovskinin “Qu gölü” baletindən “Suita” səslənəcək. Maraq üçün qeyd edək ki, Murtuza Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun oğludur.

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün "Danışan gəlincik" nağıl-tamaşası nümayiş olunacaq. Səhnə əsəri saat 12:00-da başlayacaq. Biletlərin qiyməti 6-8 manat arasında dəyişir.

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün "Qaraca qız" tamaşası nümayiş etdiriləcək. Tamaşa saat 12:00-da başlayır. Biletlər 7 manatdır.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uşaqlar üçün "Qırmızı papaq" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlayır. Biletin qiyməti 7 manatdır.

Bu gün Sport Plaza Hoteldə Rüstəm İbrahimbəyovun əsəri əsasında hazırlanmış "Şirəbənzər" tamaşası nümayiş olunacaq. Bu sevgi dramının bileti 10 manatdır. Sport Plaza Hotel Heydər Əliyev prospektində yerləşir. Tamaşa saat 19:00-da başlayacaq və 187C binasının 15-ci mərtəbəsində nümayiş etdiriləcək.

Bu gün Yuğ Dövlət Teatrında Vilyam Şekspirin "III Riçard" pyesi əsasında hazırlanmış "Lənət" assosiativ tamaşası nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlayacaq. Biletin qiyməti 5 manatdır. Yuğ Teatrı Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yerləşir.

Bu gün "M Teatr"da Stefan Svayqın "Yad qadının məktubu" əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşa 19:00-da başlayacaq. Biletlər 10-20 manat arasında dəyişir. "M Teatr"ı Tbilisi prospekti 76 ünvanında, "Qanun" nəşriyyatının binasında yerləşir.

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının "Solğun Çiçəklər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlayacaq. Biletin qiyməti isə 10 manatdan başlayır.

Bu gün Akademik Rus Dram Teatrında "Небесная, или четыре часа из её жизни" adlı tamaşa nümayiş etdiriləcək. Tamaşa 19:00-da başlayacaq. Bilet 15 manatdır.

Bu gün Gənc Tamaşaçılar Teatrında F.Dürremattın "Dəlixanada qətl" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Səhnə əsəri saat 19:00-da başlayacaq. Biletin qiyməti 8-10 manat arasında dəyişir.

Bu gün Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri" adlı tamaşa nümayiş olunacaq. Tamaşa saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Əbdürrəhim bəy Haqverdiyevin pyesi əsasında "Kimdir müqəssir" tamaşası nümayiş olunacaq. İki hissəli ilahi komediya saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 7-12 manat arasında dəyişir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakkomo Puççininin "Boqema" operası nümayiş olunacaq. İki pərdəli opera saat 19:00-da başlayacaq. Biletlərin qiyməti 12-20 manat arasında dəyişir.