Ukrayna limanlarından taxılın daşınması ilə bağlı "taxıl sazişi"nin müddəti daha 120 gün uzadılır.

İqtisadiyyat.az xəbər verir ki, bunu bu gün Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov elan edib.

Qeyd olunub ki, "taxıl dəhlizi"nin fəaliyyəti mövcud şərtlər əsasında uzadılacaq.

Xatırladaq ki, "taxıl dəhlizi" bu ilin avqustunda Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.

Bu günədək dəhliz vasitəsilə Ukrayna limanlarından 10 milyon tona yaxın taxıl daşınıb.