Sumqayıt şəhərində "Sumqayıt Aşqarlar" ASC-nin yaxınlığında açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov bildirib.
Məlumata görə, zərərçəkən yoxdur.