Daxili işlər naziri Süleyman Soylu və milli təhsil naziri Mahmud Özer YPG/PKK-nın Karkamışa qarşı həyata keçirdiyi raket-minomyot hücumunda həyatını itirən müəllim Ayşenur Alkanın ailəsinə başsağlığı verib. 

İqtisadiyyat.az xəbər verir ki, Nazir  səfərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Süleyman Soylu paylaşımında : "Milli Təhsil Nazirimiz cənab Mahmut Özer ilə birlikdə Qaziantep Karkamışda terror aktında şəhid olan müəllimimiz Ayşenur Alkanın ailəsinə başsağlığı ziyarətində olduq" deyə qeyd edib.