NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna - NATO Şurasının yaradıldığını açıqlayıb.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Stoltenberq bildirib ki, o, müttəfiqlərə Ukraynanın NATO-ya yaxınlaşması üçün üç bənddən ibarət plan qəbul etməyi təklif edib. Söhbət çoxillik dəstək paketindən, Ukrayna-NATO Şurasının yaradılması yolu ilə siyasi əlaqələrin gücləndirilməsindən, eləcə də Kiyevin Üzvlük Fəaliyyət Planını həyata keçirməsi ehtiyacının ləğvindən gedir .