Bu il oktyabrın 17-18-də Aşqabadda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə məşvərət şurasının iclasının keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Baş nazirin müavininə qarşıdakı görüşü lazımi səviyyədə hazırlayıb yüksək səviyyədə keçirməyi tapşırıb.

Gəldimuradov xatırladıb ki, Birlik üzvü olan dövlətlər arasında strateji iqtisadi əməkdaşlıq haqqında bəyannamə 2019-cu ilin oktyabrında Aşqabadda qəbul edilib. Sənəddə MDB üzv ölkələrinin fəaliyyətinin prioritet istiqamətləri arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi vəzifəsi müəyyən edilib.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkəsinin MDB ilə ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələri ardıcıl olaraq gücləndirdiyini, Birliyin sənaye strukturları ilə əməkdaşlığı genişləndirdiyini vurğulayıb. 

 

Gözəl Həşimova