Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX Eutelsat 10B rabitə peykini Falcon 9 raketi ilə kosmosa göndərib.

Buraxılış ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasında baş tutub.

NASA-dan bildirilib ki, Eutelsat 10B rabitə peyki Amerika, Atlantik okeanı, Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiyadakı müştəriləri dəniz və uçuşda genişzolaqlı, məlumat və video əlaqə ilə təmin edəcək.