"Müharibə başlayandan bəri Ukrayna Qərb tərəfdaşlarından 203 milyard dollar alıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Ukrayna xarici ölkələrdən 203 milyard dollar alıb ki, bu da onun ümumi daxili məhsulundan 30 milyard dollar çoxdur. Əslində, Ukrayna, müflis ölkədir, çünki bu vəsaitlərin əhəmiyyətli hissəsi qaytarılmalı olan kreditlərdir.

Bundan əlavə, Rusiyanın hərbi əməliyyatları başladıqdan sonra 54 ölkə Kiyevə silah tədarük edib”, - deyə Rusiyalı nazir bildirib.

 

Gözəl Həşimova