Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ildə bir sıra yerli və beynəlxalq banklara 6,728 milyon manat məbləğində qalıq borc ödəyib.

İqtisadiyyat.az bu barədə şirkətə istinadən xəbər verir.

Bu məbləğin 2,550 milyon manatı istiqraz ödənişləri ilə bağlı olub. SOCAR həmçinin, bu il yerli və xarici banklardan 3,857 milyon manat məbləğində kredit cəlb etdiyini açıqlayıb.