Bəzi uydurmalarının gerçəyə çevrilməsi ilə adından söz etdirən The Simspsons cizgi serialının 2015-ci il buraxılışında Donald Trampın 2024-cü il seçkilərində də namizəd olacağı göstərilib. 
İqtisadiyyat.az xəbər verir ki, 2015-ci ildə yayımlanan “Trumptastic Journey” adlı bölümdə Donald Trampın ABŞ prezidenti olacağına dair proqnozlar verilirdi və onun 2024-cü il seçkilərində namizəd olacağı göstərilirdi.
Serialın ssenaristi Al Jean Trampın namizədliyini elan etdikdən sonra sosial media hesabında sözügedən epizoddan bir səhnənin fotosunu paylaşıb. Şəkildəki lövhədə “Tramp 2024” yazıldığı görülüb.
Epizodun ssenarisinə görə, Tramp 2028-ci il seçkilərində də namizəd olacaq.