"Şimali Koreya hər an nüvə sınağı keçirə bilər". 

İqtisadiyyat.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Li Çen Seop məlumat verib.

O bildirib ki, Şimali Koreya artıq yeddinci nüvə sınağına hazırlığı tamamlayıb və istənilən vaxt nüvə sınağı keçirmə bilər.