Şimali Koreyada ikinci nüfuzlu şəxs kimi görünən Kim Yo-jong Cənubi Koreya hökumətini ABŞ-dan sonra itə bənzədib.


İqtisadiyyat.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In'ın bacısı Kim Yo-jonq, Cənubi Koreyanın şimalın raket sınaqlarına görə birtərəfli sanksiyaları nəzərdən keçirməsi ilə bağlı bəyanatını ölkənin rəsmi mediasında dəyərləndirib.


Şimali Koreyada qardaşından sonra ən güclü ad kimi tanınan Kim Yo-jong, “Maraqlıdır, ABŞ-ın verdiyi sümüyü dişləyən vəhşi itdən başqa bir şey olmayan Cənubi Koreya qrupu Şimali Koreyaya qarşı  hansı “sanksiyaları” tətbiq edəcək? Görmək nə gözəl mənzərədir”,- deyə bildirib.

Kim Yo-jonq Cənubi Koreya prezidenti Yoon Suk-yeol və hökumət rəsmilərini “təhlükəli vəziyyət yaratmağa davam edən axmaqlar” kimi xarakterizə edib. "Biz təkəbbürlü və axmaqları bir daha xəbərdar edirik" deyən Kim Yo-jonq, ABŞ və Cənubi Koreya piyadalarının çıxılmaz sanksiyaları və təzyiqlərinin Şimali Koreyanın düşmənçiliyini və qəzəbini alovlandıracağını qeyd edib.