Almaniyanın "Siemens" korporasiyasının bu ilin üçüncü rübündə gəliri 10% artaraq rekord səviyyəyə - 21,4 milyard avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin xalis mənfəəti isə 35% azalaraq 1,9 milyard avro təşkil edib.

Bütövlükdə bu il üçün "Siemens"in gəliri 11% artaraq 77,8 milyard avroya çatıb. Şirkətin illik mənfəəti isə 2 dəfə və ya 94% artaraq 8,5 milyard avro təşkil edib.

 

Gözəl Həşimova