"Səudiyyə Ərəbistanının hazır beton, aqreqat və beton bloklar üzərində işləyən şirkəti Türkiyədən betonqarışdıran maşınlar almaq niyyətindədir".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının sənaye və mineral sərvətlər naziri Bəndər bin İbrahim əl-Hüreyf açıqlama verib.

Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əlaqələr getdikcə genişlənməkdədir:

"Səudiyyə Ərəbistanı və Türkiyə arasında əməkdaşlığın qurulmasına böyük əhəmiyyət veririk. İki ölkə arasında sənaye və mədənçilik sahəsində əməkdaşlığın genişlənməsi üçün əlimizdən gələni edəcəyik. Ona görə ki, türk sərmayədarlara güvənirik".

Gülşən Şərif