36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi üzrə 2011-22-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib.

Qeyd edək ki, Ordubad Su Elektrik Stansiyasının tikintisinə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 14.11.2010-cu il tarixində bağlanmış enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumuna əsasən başlanılıb. 09.04.2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı isə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı”na dair Saziş imzalanıb.