Serbiya və Kosovo arasında mübahisəli məsələlərin həlli ilə bağlı keçirilən danışıqlar hələlik nəticə verməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

İki ölkə nümayəndələrinin görüşü Brüsseldə Avropanın baş diplomatı Cosep Borrel və Aİ-nin Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndəsi Miroslav Layçakın iştirakı ilə keçirilib.

“Mənə məlum olmayan səbəblərdən razılığa gələ bilmədik. Serbiya tərəfi tamamilə konstruktiv idi", - o deyib.

Belqrad və Priştina arasında fikir ayrılıqlarının kəskinləşməsinə səbəb Kosovoda noyabrın 1-dən qüvvəyə minən serb avtomobillərinin nömrələrinə qoyulan qadağa olub. Qadağaya əməl etməyənlər 150 avro cərimələnəcək. 21 aprel 2023-cü il tarixindən sonra isə Kosovo hakimiyyəti Serbiya nömrəli avtomobilləri müsadirə edəcək.