Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.

İqtisadiyyat.Az xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən altı nəfər azadlığa buraxılıb. 

Sərəncama əsasən, 10 nəfər məhbusun cəzası azaldılıb.

14:05

Prezident İlham Əliyevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə müəssisəsində də icra olunub.

İqtisadiyyat.az xəbər verir ki, müəssisədən üç nəfər azadlığa buraxılıb, beş nəfərin cəzası azaldılıb

13:50

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsindən biri əcnəbi vətəndaşla olmaqla 12 nəfər azadlığa buraxılıb.

Eyni zamanda, əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Tərbiyyə müəssisəsində də icra edilib. Müəssisədə sərəncam bir nəfərə şamil edilib və o, azadlığa buraxılıb.

 

13:34

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər azadlığa buraxılıb. 

Dörd nəfər məhkumun isə cəzası azaldılıb.

Azadlığa buraxılan şəxslər hamısı ağır cinayət törətmiş şəxslər olublar.