Bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.