Texnologiya bazarında ən böyük pay sahiblərindən biri olan "Samsung" şirkətinin 2023-cü ilin ilk rübündə gəlirlərinin 92% azalacağı gözlənilir. Buna səbəb kimi, qlobal iqtisadiyyatın durğunluğu fonunda çiplərin artımı və satışların azalması göstərilir.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, gəlirdəki bu azalma "Samsung" üçün son 14 ildəki ən yüksək düşüş olacaq.

Ekspertlər hesab edilər ki, şirkətin smart telefonlardan gələn qazancı mənfəəti dəstəkləyəcək. Lakin yaddaş çiplərinin qiymətlərinin düşməsi nəticəsində, 2,3 milyard dollar zərər açıqlanacağı güman edilir.

2022-ci il bu yana dünyanın ən böyük yaddaş çipi, Tv və ağıllı telefon istehsalçısı olan və qlobal istehlak bazarına yön verən "Samsung"un bu ilin ilk rübünün nəticələrini cümə günü, bütün nəticələri isə bu ayın sonunda açıqlayacaq.

"TrendForce"nin məlumatına görə, ilin ilk rübündə ağıllı telefon, noutbuk və yaddaş çiplərinin qiyməti təxminən 20%, məlumatların saxlanılması üçün istifadə edilən çiplərin qiyməti isə 10-15% azalıb. Bildirilir ki, artan faizlər və inflyasiya alıcıları çip bazarında yeni yatırımlar etməkdən çəkindirib. 

"Samsung" şirkəti fevral ayında yayımladığı açıqlamada qeyd edib ki, nağd pul axınını təmin etmək üçün ekran istehsalçısı olan törəmə şirkətindən təxminən 16 milyard dollar borc alacaq. 

Həmçinin analitiklər "Samsung"un ağıllı telefonlardan gələn gəlirinin bu rüb üçün 9 faiz azalacağını hesab edirlər. Bildirilir ki, smartfonlara olan təlabatın azalmasına baxmayaraq, daha yüksək qiymətə satılan telefonlara tələb davam edir.