Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin avqust ayında korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmini təsdiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.

"Kreditlərə verilən zəmanət korporativ istiqrazlara da tətbiq ediləcək. Bu məqsədlə qaydalar hazırlanmaqdadır və gələn ilin yanvar ayının sonuna qədər təsdiq olunacaq", - deyə o, qeyd edib.