2022-ci ilin yanvar-aprel ayları ərzində 757 layihənin maliyyələşdirilməsinə 29,8 milyon manat güzəştli kredit verilib.

Bu barədə Sahibkarlığın İnkişafı Fondu məlumat yayımlayıb. 

Məlumata görə,verilmiş kreditlər hesabına 666 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən ilin müvafiq dövründə isə güzəştli kredit mexanizmi çərçivəsində 217 layihə maliyyələşdirilib və bu məqsədlə 18,6 milyon manat vəsait ayrılıb.