16 il fasiləsiz baş nazirlik etdikdən sonra ötən ilin dekabrında işini tərk edən sabiq kansler Angela Merkel Almaniyanın Der Spiegel telekanalına müsahibə verib.

Kansler Ukraynadakı müharibə ilə bağlı bəzi detalları açıqlayıb:

“2021-ci ilin yayında Rusiya lideri Putin və Fransa prezidenti Makronun iştirakı ilə görüşlər təşkil etməyə çalışdım. Bunu təmin edəcək və təsir edəcək gücüm olmadı amma. Çünki, hamı bilirdi ki, payızda gedəcəyəm.”

Qeyd edək ki, Merkel Ukraynanın işğalından əvvəl vəzifədə olarkən Rusiyaya qarşı siyasətini müdafiə edib və Putini dayandıra bilməyəcəyini deyib.