5-6 iyul tarixlərində Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının xarici işlər nazirləri səviyyəsində Toplantısı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatında sədrliyi 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb", - məlumatda qeyd edilib.