Sabiq Gürcüstan prezidenti Mixeil Saakaşviliyə bu gün Polşanın Prometey Mükafatı təqdim ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin "Facebook" hesabındakı paylaşımda bildirilib. Məlumata görə, mükafat Saakaşviliyə azadlıq uğrunda mübarizəyə verdiyi töhfələrinə görə təqdim ediləcək.

Qeyd edək ki, Saakaşvili hazırda həbsdədir.