Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri istifadəyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“Türkiyə hər hansı təhlükəyə qarşı S-400-lərdən istifadə edə bilər", - deyə nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Sistemlərin alınmasından sonra ABŞ Türkiyəni F-35 qırıcı proqramından çıxarıb və Ankaraya sanksiyalar tətbiq edib.