Rusiya Federasiyasının ötən il dövlət borcu 1,9 trilyon rubl və ya 9,1% artaraq 22,82 trilyon rubla çatıb.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il üçün federal büdcənin icrası ilə bağlı dərc etdiyi rəydə qeyd olunub.

Məlumata görə, bunun 18,78 trilyon rublu daxili borcun, 4,04 trilyon rublu isə xarici borcun payına düşür. Hesabat dövründə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 0,6% azalaraq 14,9% təşkil edib.